Dünya
Haqqinda "Berlin zorlanmasi: İkinci Dünya Müharibəsi
1-ci hissə"
Dünya
Haqqinda "Berlin zorlanmasi: İkinci Dünya Müharibəsi
2-ci hissə"
Dünya
Haqqinda "Berlin zorlanmasi: İkinci Dünya Müharibəsi
3-cü hissə"
findsocials.com
13
September, 2019


1-ci hissə
Rusiya'da fövqəladə bir kitab nəşr edilib. Bu sovet zabiti
Vladimir Gelfand'ın İkinci Dünya və ya rusların
Böyük
Vətən Müharibəsi adlandırdıqları illərdə qeydini apardığı
gündəlikdir.
- Rusiya'da bəziləri əmindirlər ki, keçmişə tənqidi yanaşma
yersizdir. Üstəlik bu müharibədə 27 milyon sovet
vətəndaşı
həlak olmuşdur. Lakin bir başqaları hesab edirlər ki, əksinə indiki və
gələcək nəsillər müharibənin iztirabları haqqında
bər-bəzəksiz,
necə olunsa elə bilmək haqqına malikdirlər.
- BBC müxbiri Lucy Ash də, dünya
müharibəsinin
çox az tanış səhnələrinə səyahət etməyə cəhd
göstərib. BBC
xəbərdarlıq edib ki, bu məqalədə təsvir olunan bəzi hadisələr uşaqların
eşitməsi üçün münasib sayılmaya
bilər. Berlin
şəhərinin ucqarındakı Treptou parkında axşamın toranlığı başlanıb. Mən
qürub üfüqünün fonunda
xilaskar əsgərə
qoyulmuş abidəyə baxıram - yazır Ash.
- Qırılmış svastikanın üstündə qərar tutan 12 metrlik
əsgərin
bir əlində qılınc, o, biri əlində balaca alman qızı var. Burada 1945-ci
ilin 16 aprelindən, mayın 2-dək Berlin uğrunda
döyüşdə həlak
olmuş 80 min əsgərdən 5 mini dəfn edilib. Abidənin
üstündəki
yazılardan birində iddia olunur ki, sovet adamları Avropa
sivilizasiyasını faşizmdən azad ediblər. Lakin, Almaniya'dakı bəzi
insanlar üçün bu abidə tamam başqa
xatirələrin
simvoludur.
- Sovet əsgərləri Berlinə gedən döyüş yollarında
saysız-hesabsız qadın zorlayıblar. Hərçənd bu barədə
danışmağı
nə şərqi, nə də qərbi Almaniya'da xoşlamırdılar. Elə Rusiya'da da artıq
bu barədə heç kəs danışmır.
- Üstəlik Rusiya KİV-ləri sovet əsgərlərinin qadınları
zorlaması
barədə əhvalatları Qərbin qərəzli uydurması adlandırılar. Amma indi
bütün bunlar sovet zabitinin yazdığı
gündəlik kitab
halında hasilə gəlib.
- Ukrayna'dan olan gənc yəhudi leytenant Vladimir Gelfand
gündəliyindəki qeydləri 1941-ci ildən 1945-ci ilədək aparıb.
Həmin
vaxtlar sovet ordusunda gündəlik tutmaq qadağası olsa da o,
şahidi
olduğu hadisələri və insanları inanılmaz səmimiyyətlə qələmə alıb.
Gündəliyi atasının vəfatından sonra onun kağızlarını qaydaya
salan
oğlu Vitali aşkar edib. Bundan sonra, onu internetə
yükləyiblər.
13
September, 2019


2-ci hissə
- Gündəliyi atasını Vladimir Gelfand'ın vəfatından sonra onun
kağızlarını qaydaya salan oğlu Vitali aşkar edib. Bundan sonra, onu
internetə yükləyiblər və indi bu gündəlik kitab
şəklində
Rusiya'da ilk dəfə olaraq nəşr edilib. Gündəliyin iki
ixtisarlı
variantı artıq Almaniya'da və İsveç'də çap olunub.
- Orada nizami qoşunlarda hərc-mərclikdən, kasad əsgər rasionlarından,
bitli yataqlardan, ara-sıra üzə çıxan
antisemitizmdən və
bir an belə ara verməyən oğurluqlardan bəhs edilir. Zabit yazırdı ki,
əsgərlər hətta bir-birinin çəkmələrini oğurlayırdılar.
1945-ci
ilin fevralında Gelfand'ın xidmət etdiyi hərbi hissə Oder
çayının yaxınlığında düşərgələnibmiş. O,
döyüş
yoldaşlarının alman qadın batalyonunu əsir
götürdüklərini xatırlayır.
- Valdimir Gelfand yazır ki, döyüşlərdə
öldürülmüş ərlərinin qisasını
alanlardan ibarət bu
qadın batalyonun başına nə gəldiyini bilmir. Lakin yazır ki, onların
hamısını amansızlıqla edam etmək lazım idi. Gelfandın ən diqqətəlayiq
hekayətlərindən biri də, 1945-ci ilin aprelin 25-də yazılıb.
- Bu zaman o, artıq Berlində idi və həyatında ilk dəfə velosiped
sürmüşdü. Velosipedlə keçərkən
bir qrup qadının
ağır çamadanlar daşıdığını görən Gelfand onlara
yaxınlaşıb
hara getdiklərini soruşmuşdur.
- Qadınlar ona demişdilər ki, sovetlərin avanqard dəstəsi şəhərə
girərkən rus əsgərləri onların evlərinə soxulublar və burada bir bakirə
qızı iyirmiyədək əsgər və zabit zorlayıb. Ana danışırmış ki, qızını
onun gözləri qarşısında zorlayıblar. Sonra qədflətən qız
Gelfandın
üstünə atılmış: "Sən burda qal. Mənimlə nə
istəyirsən, edə
bilərsən. Amma təkcə sən" - deyirdi qız.
- Ash yazır ki, almanlar sovet ərazisinin 4 illik işğalı zamanı ən
dəhşətli cinayətləri törətmişdilər. Vladimir Gelfand sovet
torpağı
azad edildikcə bu cinayətlər barədə danışılanları eşidirdi. Gelfandın
oğlu deyir ki, atası almanların törətdiyi ağlasığmaz
vəhşiliklərdən danışarmış. O, deyərmiş ki, kəndləri işğal edən alman
əsgərlər yerli əhalini, xüsusən də yəhudiləri qırırdılar,
hətta
bir, iki yaşlı körpələrə də rəhm etmirdilər.
14
September, 2019
3-cü hissə
- Gelfand'ın oğlu deyir ki, atası almanların törətdiyi
ağlasığmaz
vəhşiliklərdən danışarmış. O, deyərmiş ki kəndləri işğal edən alman
əsgərlər yerli əhalini, xüsusən də yəhudiləri qırırdılar.
Hətta
bir, iki yaşlı körpələrə də rəhm etmirdilər. Nasizmin
ideoloqları
belə hesab edirdilər ki, Vermaxt hərbi qoşunların ən yaxşı təşkil
olunmuş qüvvəsidir və onun əsgərləri heç vaxt
"aşağı irqin"
qadınları ilə cinsi əlaqəyə girəcək qədər alçalmamalıdırlar.
Lakin reallıqda bu qadağa pozulurdu.
- Alim Oleq Bludnitski'nin dediyinə görə alman komandanlığı
əsgərlər arasında zöhrəvi xəstəliklərin yayılmasından o, qədər
narahat olmuşdu ki, hətta işğal edilmiş ərazilərdə ordu
üçün fahişəxanalar şəbəkəsi yaradılırdı.
- Alman əsgərlərin rus qadınlarla necə rəftar etdikləri barədə
şəhadətlər yoxdur çünki, onların seksual
köləsinə
çevrilən qadınlar sadəcə olaraq fiziki mənada məhv
olurdular.
BBC müxbiri Ash yazır ki, Berlin'dəki Almaniya-Rusiya
muzeyinin
direktoru Jorge Morre ona bir neçə dəhşət saçan
fotolar
göstərib.
- "Muzeydəki həmkarlarımız belə fotoları sərgiləməyin
düzgün
olub-olmadığı barədə daim münahisə edirlər. Amma bu muzeydir.
Biz
burada müharibədən danışmırıq, onu göstəririk" -
deyib
direktor. Qırmızı ordu "faşist canavarının yuvasına", yəni Berlinə
daxil olanda, artıq divarlardan plakatlar asılmışdı: "Əsgər, sən alman
torpağındasan. Qisas saatı gəlib".
- Berlin üzərinə Baltik sahili boyunca yürüş
edən 19-cu
ordunun siyasi şöbəsinin qənaətinə görə əsl sovet
əsgərinin
nifrəti o, qədər güclü idi ki, onun
üçün hər
hansı bir alman qadınla əlaqə ikrah doğurardı. Lakin, bu dəfə də
əsgərlər sübut etmişdilər ki, onların ideoloqları ciddi
yanılırdılar.
- 2002-ci ildə çapdan çıxmış "Berlin: İflas"
kitabı
üzərində işləyərkən tarixçi Anthony Beevor, Rusiya
dövlət arxivində Almaniya ərazisində seksual
zülmükarlığın epidemiyası barədə hesabatla tanış
olub. Belə
hesabatlar 1944-cü ilin axırlarından XDİK-in sədri Lavrenti
Beriya'ya göndərilirdi.
- "Bu hesabatları Stalinə verirdilər, - deyir Beevor, - Bu vərəqlərin
kənarındakı qeydlərə görə hesabatların oxunub-oxunmadığını
bilmək
olur.
©
Dünya Haqqinda
13.09.2019
Изнасилование в Берлине: Скрытая история Второй мировой войны. Часть 1.

Часть 1
В России вышла необычная
книга — дневник, который вёл советский офицер Владимир Гельфанд
во время того, что он сам называл Второй мировой или Великой
Отечественной войной.
Некоторые в России считают,
что критическое отношение к прошлому недопустимо. Тем более что на
войне погибли 27 миллионов советских граждан. Однако другие убеждены,
что нынешние и будущие поколения имеют право знать правду о страданиях
войны — без замалчиваний и различий.
Корреспондент Би-би-си Люси
Эш также решила пройти по менее известным тропам Второй мировой.
Би-би-си предупреждает: некоторые события, описанные в этой статье,
могут быть не предназначены для детского восприятия.
«Рассвет
вечера накрывал Трептов-парк недалеко от Берлина. Я смотрю на памятник
воину-освободителю на фоне закатного горизонта», — пишет Эш.
«У
12-метровой статуи, стоящей на сломанном нацистском кресте, в одной
руке меч, а в другой — маленькая немецкая девочка. Пять тысяч из
80 тысяч советских солдат, погибших в битве за Берлин с 16 апреля по 2
мая 1945 года, похоронены здесь. Одна из надписей на памятнике
утверждает, что советский народ спас европейскую цивилизацию от
фашизма. Однако для некоторых немцев этот памятник стал символом
другой, мрачной памяти».
Советские солдаты
изнасиловали бесчисленное количество женщин на пути к Берлину. Об этом
не было принято говорить ни в Восточной, ни в Западной Германии. В
современной России — тем более.
Более того, российские СМИ называют сообщения о насилии со стороны советских солдат «западными предрассудками». Однако теперь эту правду подтверждает дневник, написанный самим участником войны — советским офицером.
Молодой еврейский
лейтенант из Украины Владимир Гельфанд вёл дневник с 1941 по 1945 год.
Несмотря на запрет на ведение личных записей в Красной армии, он
тщательно фиксировал происходящее — с поразительной честностью,
не щадя ни себя, ни других.
Его дневник был найден
сыном Виталием после смерти отца, когда тот разбирал
его оставшиеся документы. Позже записи были оцифрованы и выложены
в интернет.
13.09.2019

Изнасилование в Берлине: скрытая история Второй мировой войны. Часть 2.

Часть 2
Дневник был найден его сыном
Виталием, когда он оформлял документы после смерти отца. После этого
дневник был загружен в интернет и стал первой опубликованной в России
книгой, представляющей собой подлинный фронтовой дневник. Ранее
специальные издания дневника уже выходили в Германии и Швеции.
Из дневника ясно:
регулярные части страдали от множества налётов, плохого солдатского
рациона, сломанных коек, повседневного антисемитизма и постоянных
мелких краж. Гельфанд отмечал, что солдаты крали даже сапоги друг у
друга. В феврале 1945 года его подразделение расположилось лагерем у
реки Одер. Он вспоминал, как его товарищи захватили немецкий женский
батальон.
Владимир Гельфанд писал,
что эти женщины говорили о желании отомстить за погибших мужей, но он
не знал, что в итоге с ними произошло. Однако он отмечал, что все они
«должны быть безжалостно казнены». Одна из самых
поразительных записей Гельфанда датирована 25 апреля 1945 года.
К этому моменту он уже
находился в Берлине и впервые в жизни ехал на велосипеде. Увидев группу
женщин с тяжёлыми чемоданами, он подъехал и спросил, куда они идут.
Женщины рассказали, что после того, как авангард советской армии вошёл
в город, солдаты ворвались в их дом и изнасиловали их дочь. По словам
матери, изнасилование произошло на её глазах, и участвовали двадцать
человек. Внезапно девушка бросилась к Гельфанду и закричала: «Останься! Ты можешь делать со мной всё, что захочешь. Но только ты — один!»
Журналист Би-би-си Люси
Эш отмечает, что за четыре года оккупации советской территории немцы
совершили чудовищные преступления. Владимир Гельфанд слышал об этих
зверствах на протяжении всей войны, пока Красная армия не освободила
захваченные земли. Его сын Виталий говорит, что отец рассказывал об
ужасах, которые невозможно себе представить: немецкие солдаты убивали
всё население деревень, особенно евреев, не щадя даже годовалых и
двухлетних детей.
14.09.2019

Берлинское насилие: скрытая история Второй мировой войны. Часть 3.


Часть 3
Сын Гельфанда рассказывал,
что его отец упоминал о невероятных зверствах, совершённых немцами. По
его словам, немецкие войска, вторгшиеся в деревни, убивали мирных
жителей, особенно евреев. Даже к годовалым и двухлетним детям они не
испытывали ни малейшего сострадания. Идеологи нацизма утверждали, что
солдат вермахта — идеальный воин, и что он не должен оскверняться
сексуальными связями с женщинами «низших рас». На практике
этот запрет игнорировался.
По словам историка Олега
Будницкого, немецкое командование настолько опасалось распространения
венерических заболеваний среди солдат, что организовало целую сеть
военных борделей на оккупированных территориях.
Достоверных доказательств
того, как именно немецкие солдаты обращались с русскими женщинами,
практически нет, поскольку многие из тех, кто стал сексуальной жертвой,
были просто уничтожены. Корреспондент BBC Люси Эш сообщает, что
директор Немецко-русского музея в Берлине Хорхе Морре показал ей ряд
шокирующих фотографий.
«Наши коллеги в
музее всегда спорят, стоит ли вообще показывать эти снимки. Но это
музей. Мы не рассказываем о войне — мы её показываем»,
— объяснил он. Когда Красная армия вошла в так называемое
«фашистское логово» — Берлин, на улицах уже висели
агитационные плакаты: «Солдат! Ты на немецкой земле. Настал час мести.»
Согласно политическим
директивам 19-й армии, настоящий советский солдат должен был испытывать
ненависть ко всем немцам и презрение к любым отношениям с немецкими
женщинами. Однако на деле солдаты продемонстрировали, насколько далеки
были от этих идеологических шаблонов.
Историк Энтони Бивор, работая над книгой «Падение Берлина»
(2002), обнаружил в Российском государственном архиве документы о
массовых сексуальных преступлениях на территории Германии. Уже с конца
1944 года соответствующие доклады направлялись министру внутренних дел
СССР Лаврентию Берии.
«Эти донесения
передавались лично Сталину, — утверждает Бивор. — Пометки
на полях этих документов показывают, были ли они им прочитаны».